Keniyanın şimal-qərbində yük maşınının qəzaya uğraması nəticəsində azı 14 nəfər ölüb.
Bu barədə bazar günü ölkənin Turkana rayonunun polis rəisi Lemmi Ncira məlumat yayıb.
O qeyd edir ki, insanları daşıyan yük maşınının sürücüsü yolda olan dəvə ilə toqquşmadan yayınmaq istəyərkən avtomobili aşırıb.
Hadisə nəticəsində daha 12 nəfər xəsarət alıb.