Türkiyədə balıqçı Egey dənizinin şimal hissəsində yerləşən Saros körfəzində nəhəng Dəniz şeytanı adalndırılan yırtıcı balıq tutub.
1,5 metr uzunluqda və 50 kiloqram ağırlığında olan balığın görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Qeyd edək ki, yırtıcı balıq növü olan Dəniz şeytanı əcaib görünüşü ilə diqqət çəkir. Dəniz şeytanına adətən Aralıq və Qara dəniz sularında rast gəlinir.