Rusiyanın Aleksandrovsk-Saxalinskiy sahillərində naməlum nəhəng heyvan qalıqları tapılıb. Onun şəkilləri sosial şəbəkələrdə yayılıb.
İstifadəçilər arasında böyük maraq doğuran kadrlar böyük müzakirələrə səbəb olub. Belə ki, bəziləri onu filmlərdəki əjdahaya, digərləri dinozavrlar nəslindən gələn balığa bənzədiblər. Bir qism isə bu naməlum varlığın kaşalot olması ilə bağlı fikir yürüdüb.