Əlindəki dəmir parçası ilə avtomobillərin şüşələrini sındıran şəxs hadisəyə şahidlik edən insanlar tərəfindən telefonla çəkilib və daha sonra polisə xəbər verilib.
Hadisə Türkiyənin Bursa şəhərində baş verib.
Rəsmi açıqlamada bildirilib ki, həmin şəxs artıq saxlanılıb. Onun bu hadisəni törətmə səbəbi isə narkotik maddənin təsiri olub. Bildirib ki, sözügedən şəxs uzun müddətdir narkotik asılılığından əziyyət çəkir və o, daha əvvəllər də bu kimi əməllər edib.