Qafqaztimes xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi bazar ertəsi İsrail Baş naziri Naftali Bennettin işğal edilmiş Qolan Təpələrində yaşayış məntəqələrinin artması ilə bağlı dediklərinə reaksiya verərək, bunu sərt qınayıb.
Əl-Məyadinə görə, bəyanatda deyilir: “Qolan ana vətəninin qucağına dönəcək, gec ya tez və başqa yol yoxdur”.
Suriyanın cənubundakı işğal edilmiş Qolan təpələrinin sakinləri bazar ertəsi günü sionist rejimin siyasətinə qarşı etiraz mitinqi keçirərək bölgədə heç bir məskunlaşma layihəsinin həyata keçirilməsinə icazə verməyəcəklərini vurğulamışlar.
Bugünkü mitinq və Suriya Xarici İşlər Nazirliyinin bəyanatının verilməsi, sionistlərin məskunlaşma yerlərini genişləndirmək məqsədi ilə bu gün işğal olunmuş Qolanda bir görüş keçirməsindən sonra baş vermişdir. Tel-Əviv rejimi, köçkünlər üçün 7000 yeni mənzil tikməyi planlaşdırır. Bu qəsəbələr tikilərsə, sionist köçkünlərin sayı 40 mindən 100 minə yüksələcəkdir.
Mütəxəssislər, Təl-Əvivin bu cür planlarda məqsədinin Qolanın demoqrafik və coğrafi kontekstini dəyişdirmək olduğunu vurğulayırlar.