Suriyanın xarici işlər nazirliyi sionist rejim hərbçilərinin işğal olunmuş vandallıqlarına reaksiya olaraq yayımladığı bəyanatda Cövlan yüksəklikləri xalqına ərazilərinin geri alıncağı barədə söz verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Surya XİN-i dünən (20 iyun) bir bəyanatda saxtakar rejimin işğal olunmuş torpaqlardakı vəhşiliklərinin beynəlxalq insan haqlarının pozulması və BMT manifestinə zidd və humanizmə təcavüz olduğunu elan edib.
Məlumatda deyilir: sionist hərbçilər işğal olunuş Cövlan yüksəkliklərində yaşayan yerli sakinləri Məsədə kəndinin Əl Həfair bölgəsində yerli sakinlərə öz mənzillərinə giriş icazəsi vermir və dünən müxtəlif əməliyyatlarda gözyaşardıcı qazlardan isitifadə ediblər.
Suriya XİN-nin bəyanatında həmçinin deyilir: Dəməşq mübariz Cövlan sakinləri ilə fəxr edir, əkinçilərin işğalçı rejim hərbçiləri ilə kəskin rəftarını yüksək dəyərləndirir.
Sana İnformasiya Agentliyini bu bəyanatın açıqlamasında yazır: Sionist rejim işğalçılarının Cövlan yüksəkliklərində süqutu çox yaxındır. Onların ədavətli qəsəbəsalma siyasətləri batil və BMT TŞ-nin 497-ci qətnaməsinə əsasən insan hüquqlarına zidddir.
Bəyanatın sonunda deyilir: Cövlan yüksəklikləri Suriyanın olub və olacaq da. Bu torpaqlar güri alınacaq və Dəməşq var qüvvəsi ilə Cövlanı öz xalqına təqdim edəcək.
Qeyd edək ki, dünən (20 iyun) sionist rejim hərbçiləri Cövlan yüksəkliklərində əkin sahələrinə silahlı basqın edərək qəsəbəsalma layihəsinin icrasına başlamaq, bəzi qazıntı işləri aparmaq üçün sakinlərin etirazını susdurmaq məqsədi ilə gözyaşardıcı qazlardan istifadə ediblər.
