Venesuelada baş verən yol-nəqliyyat qəzasında azı 18 nəfər həlak olub.
Məlumata görə, hadisə Karakas yaxınlığındakı magistral yolda baş verib. Yük maşını sürücüsü idarəetməni itirib və tıxacda qalan bir neçə avtomobilə çırpılıb. Ən azı 17 avtomobilə ziyan dəyib. Hadisə yerində güclü yanğın başlayıb.
İlkin məlumata görə, qəza nəticəsində azı 18 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib.
Səlahiyyətlilər hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıblar.
1 şərh
The Brand New Technology For Those Who Want To Be Incredibly Rich https://vipreg.pages.dev