Türkiyənin Bursa şəhərində baş verən dəhşətli hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda bir kişinin alovlar içində bağdan çıxdığı görünür.
Məlum olub ki, üçmərtəbəli binada qəfil partlayış olub, ardınca da yanğın başlayıb. Hadisə vaxtı 52 yaşlı ev sahibi həlak olub. Villanın həyətində bağban işləyən kişi isə yanıb.
Həmin vaxt yaxınlıqdan keçən sakinin köməyi ilə kişini xilas etmək mümkün olub. O, xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır, istintaq başlayıb.