49 yaşlı Eleyn Klark daun sindromlu 24 yaşlı qızı Debbini günlərlə qaranlıq otaqda ac saxlayaraq öldürüb. Məhkəmə ananı 9 il müddətinə azadlıqdan məhrum edib. Qərara yenidən baxılacağı və məhkəmənin anaya verilən həbs cəzasını artıracağı gözlənilir.
Debbinin ölümündən sonra aparılan araşdırmada uzun müddət aclıq çəkən qızın həddindən artıq zəiflədiyi və bədənində infeksiya meydana gəldiyi müəyyən edilib. Otağa daxil olan ana qızının hərəkətsiz olduğunu görüb və təcili yardım çağırıb. Debbini müayinə edən sağlamlıq qrupları gənc qızın təxminən 36 saat əvvəl öldüyünü bildirib.