İraq işğalı zamanı ABŞ Prezidenti olan Corc Buşun Rusiya barədə çıxışı gündəm olub.
O, Ukrayna demək əvəzinə İraq deyib:
“Bu hadisələr nəticəsində Rusiyada balans və nəzarət qalmadı. Nəticədə bir adam İraqı tamamilə qeyri-qanuni və qəddar şəkildə işğal etmək qərarı aldı”.
Corc Boş səhv etdiyini başa düşəndən sonra sözlərinə “Yəni Ukrayna” deyə düzəliş edib.