Heyət Təhrir Şam müxalifət qruplarının lideri Suriyadakı silahlı qrupların müdafiə nazirliyi ordusuna cəlb ediləcəyindən xəbər verib.
İRNA-nın məlumatına əsasən, Əbu Məhəmməd Colani bu gün (17 dekabr) Druzi azlığının nümayəndə heyəti ilə görüşdə Suriyanın vahid bir hakimiyyət altında birləşməsini vurğulayıb.
Əbu Məhəmməd Colani deyib: Bütün silahlı dəstələr ləğv ediləcək və döyüşçülər müdafiə nazirliyinin ordusuna cəlb ediləcək. Hamılıqla qanunlara tabe olmaq lazımdır.
Heyət Təhrir Şam müxalifət qruplarının lideri həmçinin vurğulayıb: Bundan sonra bütün məqsədimiz müxalifət deyil, bir dövlət olmalıdır.