Çinin XİN sözçüsü Amerikanın Tayvana silah satışı barədə xəbərdarlıq edərək deyib bu rəftarı odla oynamaq adlandırıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Çinin XİN spikeri bu günkü mətbuat konfransında Amerikanın silah ötürməsi ilə Tayvan Boğazının təhlükəsizliyini təhdid etdiyi üçün xəbərdarlıq edib.
Vang Nebin deyib: ABŞ Çinin cilovunu yığmaq üçün Tayvandan istifadə edir. Bu isə bir növ təhlükəli od oyunudur. Pekin Vaşinqtondan 3 əsas bəyannaməyə ehtiramla yanaşmasını tələb edərək Tayvana silah satışını dayandırmasını, Tayvan Boğazını təhlükə altına almaması və bu münasibətlərinə son qoymasını istəyir.
Qeyd edək ki, Amerika-Çin münasibətləri ABŞ nümayəndələr palatasının keçmiş sədri Nansi Plusinin Taypaya səfərindən sonra gərginləşib. Bu gərginlik digər ABŞ rəsmi nümayəndələrin Tayvana səfəri ilə daha da şiddətlənib.
Rəsmi Pekin bu münasibətləri Tayvanla Çin arasında olan alovlara odla getməsi kimi dəyərləndirir.
1949-cu ildən sonra Tayvan muxtariyyət dövləti tərəfindən idarə olunur. Amma Pekin bu adanın öz torpaqları olduğunu iddia edir.