Çinin şərqində və cənubunda güclü yağışlar daşqınlara səbəb olub.
Məlumata görə, təbii fəlakət nəticəsində ölkənin şərqindəki Anhoy əyalətində iki nəfər, cənubundakı Quanqdonq əyalətində doqquz nəfər olmaqla, ümumilikdə 11 nəfər ölüb.
Təbii fəlakətlərə qarşı təcili cavab tədbirlərinin tətbiq olunduğu Huanqşan şəhərində (Anhoy əyaləti) çətin vəziyyət davam edir. Şəhərin bəzi ərazilərində yağıntının səviyyəsi son vaxtlar 405 mm-i keçib.