QafqazTimes xəbər verir ki, KİV-lərinin məlumatına görə Çin hökumətinə yaxın media ABŞ-a xəbərdarlıq edib ki, Ukraynanın NATO-ya üzv olması nüvə müharibəsi də daxil olmaqla, ağır nəticələrə səbəb ola bilər.
“Newsweek”ə gorə Çinin dövlət qəzeti olan “Global Times” yazıb: Çin xəbərdarlıq edib ki, Ukraynanın NATO-ya qoşulmasına icazə verilməsi münaqişənin qaçılmaz gərginləşməsinə və Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadəsinə gətirib çıxaracaq.
Bu qəzet münaqişə baş verəcəyi təqdirdə bütün Avropa ölkələrinin nüvə müharibəsinin təhdidi altında qalacağı barədə xəbərdarlıq edib.
Belə olan halda, nə Ukrayna, nə də dünya üçün heç bir təhlükəsizlik olmayacaq, deyə Global Times yazıb.
Ukrayna Kəşfiyyat Təşkilatının müavini Vadim Skibitskyi də Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə riskini “çox yüksək” kimi qiymətləndirib.
Skibitski bildirib: “Onlar çox güman ki, cəbhə xətti boyunca yerləşən yerləri, o cümlədən mühüm komanda mərkəzləri və mühüm infrastrukturları hədəf alacaqlar. Rusları dayandırmaq üçün bizə təkcə zenit sistemləri deyil, həm də raket əleyhinə sistemlər lazımdır.”
ABŞ-ın Rusiyadakı keçmiş hərbi attaşesi general Kevin Rayan isə deyib: “NATO silahları Rusiya ilə müharibədədir və ən əsası Rusiya hökuməti birbaşa hücuma məruz qalacaq və bildiyimiz kimi, bu, nüvə silahından istifadə üçün bir təhrikedici amildir.”
Daha əvvəl Rusiya ordusunun keçmiş komandiri və bu ölkənin Dumasının hazırkı nümayəndəsi Andrey Qoruliov demişdir ki, Ukraynanı məğlub etməyin ən sürətli yolu İngiltərəni məhv edib üçüncü dünya ölkəsinə çevirməkdir.
Quroliov bildirib ki, London Rusiyanın hipersəs raketlərinə qarşı müdafiəsinin olmadığını bilir. İngilislər həmçinin bilirlər ki, (Rusiya hücumunun) əsas hədəfi nə Almaniya, nə də Fransa deyil, məhz İngiltərə olacaq.