QafqazTimes xəbər verir ki, Sputnik-in məlumatına görə Çinin Bank və Sığorta Nəzarəti Komitəsinin sədri Quo Şakçimq bildirib ki, Çin Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmayacaq və bütün tərəflərlə normal maliyyə əməkdaşlığını davam etdirəcəkdir.
Çin rəsmisi mətbuat konfransında deyib: “Biz belə (birtərəfli) sanksiyalara qoşulmayacağıq və müvafiq tərəflərlə normal ticarət, iqtisadi və maliyyə münasibətlərini davam etdirəcəyik.”
Onun sözlərinə görə, anti-Rusiya sanksiyalarının Çin iqtisadiyyatına təsiri hazırda göz qabağında deyil və gələcəkdə də əhəmiyyətli olmayacaqdır.
Qeyd edək ki Qərbin Rusiya sərhədi yaxınlığında son addımlarından sonra Putin martın 26-da cümə axşamı Ukraynada xüsusi hərbi əməliyyat keçirməyə göstəriş verdi və Avropa ölkələri beş gün ərzində gərginliyi azaltmaq əvəzinə Rusiyaya qarşı sərt addımlar atdılar.
Bazar ertəsi ABŞ Maliyyə Nazirliyi Rusiya Mərkəzi Bankı, Milli Sərvət Fondu və Rusiya Maliyyə Nazirliyi ilə bank köçürmələrinə qarşı sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, bu addım Amerika vətəndaşlarının Rusiya Mərkəzi Bankı, Milli Sərvət Fondu və ya Rusiya Xəzinədarlığı Departamenti ilə hər hansı pul köçürmələrində iştirakının qarşısını almaq məqsədi daşıyır.