Çinin BMT-dəki nümayəndəsi İsrailin Suriyaya hücumlarını dayandırmasını, bu ölkədə əcnəbi hərbi qüvvələrin qanunsuz fəaliyyətini dayandırmasını istəyib.
İRNA-nın məlumatına əsasən, Qong Şuang bu gün (29 avqust) BMT Təhlükəsizlik Şurasında Suriya məsələləri üzrə təşkil olunmuş iclasda rəsmi Dəməşqin ərazi bütövlüyü, suverenlik və hakimiyyətinin toxunulmazlığını vurğulayaraq hər iki tərəfi təmkinli olmağa çağırıb.
Çinin BMT-dəki nümayəndəsinin müavini həmçinin İsraildən Suriyaya hücumlarını dayandırmasını, bu ölkənin təhlükəsizliyinə zərbə vurmamasını, qanunsuz hərbi qüvvələrini Suriyadan geri çəkməsini də istəyib.
Çinin BMT nümayəndəsi həmçinin supergüclərdən regionda gərginliyi azaltmaq üçün aktiv olmalarını istəyib.