QafqazTimes xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü verdiyi açıqlamada ölkəsinin fələstinlilərlə israillilər arasında gərginliyin artması, xüsusilə də işğal altındakı Qüdsdəki son gərginlikdən dərin narahat olduğunu bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Biz Qüds və Məscidül-Əqsadakı tarixi vəziyyəti dəyişdirmək üçün atılan hər hansı birtərəfli addımlara qarşıyıq.”
Bəyanatda həmçinin deyilir. “Ümid edirik ki, bütün tərəflər təmkin nümayiş etdirəcək və vəziyyəti sakitləşdirməyə çalışacaq və vəziyyətin nəzarətdən çıxmasına imkan verməyəcək.”
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə bəyanatda belə qeyd olunub: “Çin hesab edir ki, Fələstin məsələsi gündəmdən çıxarılmamalı və ya unudulmamalıdır. Fələstinlilərə yarım əsrdən çox davam edən zülmə bu son qoyulmalıdır.”
Çin Xarici İşlər Nazirliyi həmçinin beynəlxalq ictimaiyyəti Fələstin məsələsinə daha çox diqqət yetirməyə çağırıb.