ABŞ-ın Qərbi Asiyadakı Mərkəzi Komandanlığının (Centcom) komandiri, İranın müxtəlif döyüş və kəşfiyyat yönümlü pilotsuz təyyarələrdən istifadə edərək ABŞ-ın bölgədəki hava üstünlüyünü ələ almasına etiraf etdi.
Qafqaztimes xəbər verir ki, Bloomberg-in verdiyi məlumata görə, ABŞ terrorçularının Qərbi Asiyadakı Mərkəzi Komandanlığının (Centcom) komandiri general Frank Makkenzi, çərşənbə günü Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsindəki bir dinləmə iclasında ABŞ-ın İrana qarşı hava üstünlüyünün itirilməsinə etiraf edib.
General Makkenzi, ABŞ-ın Yaxın Şərqdəki hava üstünlüyünü itirib itirməməsi ilə bağlı suala, “İranın kəşfiyyat və hücum əməliyyatlarında kiçik və orta ölçülü pilotsuz təyyarələrdən geniş istifadə etməsi o deməkdir ki, biz Koreya yarımadası müharibəsindən (1950-ci illərin əvvəlləri) sonra ilk dəfədir tam hava üstünlüyü olmadan əməliyyat aparırıq”, deyə cavab verib.