Çeçenistanda naməlum silahlı şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib.
Hadisə Qudermes şəhər qəbiristanlığı yaxınlığında baş verib.
Naməlum şəxslər yerli polis idarəsinin postunu atəşə tutub. Atışma nəticəsində iki hücumçu məhv edilib. Həmçinin, bir polis əməkdaşının da öldüyü bildirilib.
Ehtimallara görə, onlar İnquşetiyada analoji terror aktı törədən, sonra isə Çeçenistan sərhədini keçərək yoxa çıxan yaraqlılar ola bilər.