QafqazTimes xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Cebran Basil və Süleyman Franciyə ilə birlikdə iftar süfrəsində əyləşib.
KİV-in məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Ramazan ayının altıncı (cümə) günü “Əl-Mərədə” hərəkatının lideri Süleyman Franciyə və Livan Azad Milli Hərəkatının lideri Cebran Basilin təşkil etdiyi iftar süfrəsinə qonaq olub.
Əl-Əhd-in məlumatına görə, görüş ikitərəfli münasibətlər, Livan və regiondakı siyasi vəziyyəti müzakirə etmək üçün yaxşı fürsət olub.