Rusiyanın Primorye diyarında çay daşıb.
“Primorsklesprom” şirkətinin (taxta emalı şirkəti) əməkdaşları Terneyski rayonunda Amqa çayını keçməyə cəhd ediblər. Lakin içində əməkdaşların olduğu növbə avtobusu (“KamAZ” şassisi üzərində qurulan avtobus – red.) çayın ortasında qalıb. İnsanlar xilas olmaq üçün avtobusun damına çıxmalı olublar.
İlkin məlumata görə, işçilər xilas ediliblər və xəsarət alan olmayıb.
Hadisə şahidlərinin sözlərinə görə, sürətli axın səbəbindən Svetlaya yaşayış məntəqəsinə getmək mümkün olmayıb və Ust-Sobolevka kəndi ərazisində körpünü su aparıb.
Dalnereçenski və Pojarski rayonunda yüksək hazırlıq rejimi tətbiq edilib. Novokreşenka kəndində fövqəladə vəziyyət qüvvədədir və insanların çayı keçmələri üçün qayıqlardan istifadə edilir.