ABŞ dövlət Departamentinin rəsmisi Qəzzədə atəşkəs elan edilməsi fikri ilə müxalif olduğunu xatırladaraq deyib: Vaşinqton indiki şəraitdə İsrail-Həmas arasında atəşkəsin doğru olmadığını düşünür.
Əl Aləm telekanalının məlumatına əsasən, Ağ Ev milli təhlükəsizlik şurasının strateji əlaqələr üzrə koordinatoru Con Kerbi əlavə edib: Müharibənin bitməsini dəstəkləmirik. Çünki Həmas bu müharibədən öz mənafeyinə istifadə edəcək.
Kerbi iddia edib: Amerika prezidenti Co Bayden Yaxın Şərqdə təhlükəsizliyin qorunmasına çalışır və müharibə miqyasının genişlənməsinin qarşısının alınmasına çalışır.
Qeyd edək ki, Qəzzəyə göndərilən humanitar yardımların çatdırılması həddən artıq az dərəcədə fələstinlilərə verilir və regiondakı insani faciə vəziyyəti yaşandığına rəğmən, bu amerikalı rəsmi humanitar yardımların tamamilə çatdırılması iddiası da edir.
