Cənubi Sudanın prezidenti Salva Kiir dövlət himni səsləndirilərkən şalvarını isladıb. Utancverici görüntülər ölkə şəhərlərindən birində magistral yolun təntənəli açılışı zamanı qeydə alınıb.
Kadrlardan görünür ki, dövlət himninin ifası zamanı siyasətçinin şalvarının bir ayağı islanır.
Video sosial şəbəkələrdə yayılıb. Prezidentin tərəfdarları vəziyyəti siyasətçinin vətənpərvərliyi ilə əlaqələndirib və onun mərasimi yarımçıq qoymamaq üçün ayaqyoluna getmədiyini bildiriblər.