2022-ci ilin iyun ayından insanların dənizə çıxışına mane olan hasarların, tor çəpərlərin və şlaqbaumların sökülməsi işlərinə başlanılan Bakının Xəzər rayonunun Buzovna kəndində sakinlər 20 ilə yaxındır xalq üçün əlçatmaz qalan, hündür sədlər arxasında gizlənmiş təbii sərvətlərin – çimərlik, eləcə də qayaların işğalçıları ilə üzləşməyə davam edir.
Buzovna sakinlərinin məlumatına görə, həftəsonu naməlum şəxslər kəndin çimərliyində qayalıqdan başlayaraq sahilə doğru məftil (tor) hasar çəkmək üçün qayaların üzərinə beton özüllər quraşdırıblar.
Təəssüf ki, Bakının Xəzər Rayon İcra Hakimiyyəti indiyədək kəndin çimərliyində baş verən özbaşınalıqlara münasibət bildirməyib və bu prosesə müdaxilə etməyib.
1 şərh
промокод 1xbet на сегодня бесплатно при регистрации https://selebriti-studio.ru/images/pages/besplatnuy_promokod_pri_registracii.html