Bakıda ağacları qurutmağa cəhd edilib.
Söhbət paytaxtın Buzovna-Maştağa yolundakı ticarət obyektlərin qarşısından gedir. Belə ki, yol kənarında və ətrafda olan ağacların dibinə onların məhv edilməsi üçün müdaxilə edildiyi iddia olunur. Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, ağacların qurudulmasının qarşısı alınıb. Buzovna-Maştağa yolundakı ticarət obyektlərin qarşısında bir neçə çoxillik şam ağaclarının bilərəkdən məhv edilməsi ilə bağlı daxil olan məlumatla bağlı dərhal məsələyə operativ reaksiya verilib: “Həmin ünvanda araşdırma və inventarizasiya işləri aparılıb. Ağacların dibindən torpaq nümunələri götürülüb və laboratoriyaya göndərilib. Analizlərin nəticəsi kimi ağacların quruması səbəbinin xəstəlik və ya kənar müdaxilə olacağı bilinəcək. Bildirilib ki, ağacların bilərəkdən qurudulması faktı aşkar edildiyi təqdirdə təqsirkarlara qarşı ciddi tədbir görüləcək. Aparılan araşdırmalarla yanaşı, həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yeni ağacların əkilməsi təmin edilib, mövcud ağaclara aqrotexniki qulluq göstərilib”.