ABŞ Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsümünün Çikaqo şəhərində keçirilən “Blekhouks”-“Anahaym” oyununun 50-ci dəqiqəsində kütləvi dava baş verib.
“United Center”in buz meydançasında keçirilən qarşılaşmanın 50-ci dəqiqəsində oyunçular arasında düşən davaya görə qapıçılar Petr Mrazek və Con Gibson cəzalandırılıblar.
Onlar qapını tərk etdikləri üçün iki dəqiqəlik, qeyri-idman hərəkətinə görə isə on dəqiqəlik cəza alıblar.
Qeyd edək ki, meydan sahibi “Blekhouks” “Anahaym”a 7:2 hesabı ilə qalib gəlib.