Son günlər şiddətli şaxtaların müşahidə olunduğu Türkiyənin Ardahan şəhərində havanın temperaturu mənfi 34 dərəcəyə enib. Bu səbəbdən regiondan keçən Kür çayının bəzi hissələri donub, küçəyə çıxan sakinlərin hətta kirpikləri buz bağlayıb.
Bununla bağlı sosial şəbəkələrdə maraqlı kadrlar paylaşılıb.
Sakinlər son onilliklər ərazində ilk dəfə belə soyuqlara şahid olduqlarını bildiriblər.