Alimlər Rusiyanın Primorye diyarının sahillərində “qanlı” qar və buz aşkar ediblər.
Məlumata görə, buz əriməyə başladıqca qırmızı rəng alıb.
Sakinlər bundan bərk narahat olublar və sosial şəbəkələrdə kadrlar yayıblar.
Rusiya Elmlər Akademiyası A.V.Jirmunski adına Milli Dəniz Biologiyası Elmi Mərkəzi sakinləri sakitləşdirərək hadisənin elmi izahını verib. Alimlərin sözlərinə görə, bu, qarın içində minlərlə xərçəngkimilərin donması ilə əlaqədardır.