Burkino Faso müsəlmanları İran xalqı və dünyanın digər azad xalqları ilə birlikdə mübarək Ramazan ayının son cümə günü ölkənin paytaxtı Uaqaduquda toplaşaraq məzlum Fələstin xalqına öz dəstəklərini ifadə ediblər.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, Beynəlxalq Qüds Günü münasibəti ilə; İran İslam Respublikasının Burkino Fasodakı səfiri Müctəba Fəqihi dünən (28 mart) “Ticani” böyük məscidində cümə namazı zamanı çıxışında bildirib ki, İmam Xomeyni (rəh) Ramazan ayının sonuncu cüməsini Beynəlxalq Qüds Günü adlandırıb ki, bu gün Fələstin azadlığına daha çox dəstək verilsin.
Müctəba Fəqihi qərb ölkələrinin minlərlə fələstinlinin öldürülməsinə dəstək verməsi və onların insanın hüquq və azadlıq iddialarının etibarsız sayılmasına toxunaraq əlavə edib: İran İslam Respublikası dünya müsəlmanlarına dəstək verməyi özünün əsas ideallarından biri hesab edir və bu dəstək müxtəlif siyasi, fikri, sənaye və elmi ölçülərdə həyata keçirilir.
Fəqihi çıxışının davamında İran və Burkino Faso arasında ikitərəfli əlaqələrin əhəmiyyətinə işarə edərək qeyd edib ki, Tehran terrorla mübarizə, məhrumiyyətlərin azaldılmasında yeni texnologiyalardan istifadə və digər sahələrdə öz təcrübələrini Uaqoqu ilə ötürməyə hazır olduğunu da qeyd edib.