Qafqaztimes.com AiF-ə istinadən xəbər verir: Latviya neçə il çək-çevirdən sonra Georgi lentini qadağan edib. Belə təsəvvür yaranır ki, bu lent silah kimi öldürücüdür. Həqiqət nədir?
Georgi lenti 1769-cu ildə imperatriça II Yekaterina (Rusiya imperiyası) tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına vuruşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurdu. Faşizm üzərində qələbəyə görə mükafatlandırmada da Georgi lenti işlədilib. Hazırda Georgi lenti Rusiyanın şovinist, velikorus və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi də istifadə olunur.
Rusiya XİN-nin rəsmi təmsilçisi Mariya Zaxarova öz Telegram-kanalında yazıb: Latviya parlamenti Georgi lentindən istifadəni qadağan edib. Biz bu ölkədə faşizmin reinkarnasiyasını müşahidə edirik. Georgi lenti faşist almaniyası cinayətkarları ilə mübarizənin simvoludur… Belə çıxır ki, faşizmlə vuruşmuş veteranlar Latviyada bu lenti taxa bilməyəcək!
Bu lent Ukraynada 2017-ci ildə qadağan edilib.