Böyük Britaniya sakinləri səmada “ulduzun düşməsini” izləyiblər.
London və Birmingem sakinləri həmin görüntüləri sosial şəbəkələrdə paylaşıblar.
Kadrda mavi-yaşıl rəngli meteorun parlaq parıltı ilə səmada süzməsi əks olunub.
Qeyd edək ki, yanvarın üçünə keçən gecə 2024-cü ilin ilk “ulduz yağışı” gözlənilir. Həmin gün “kvadrantidlər” kimi tanınan meteor seli müşahidə olunacaq.