Braziliyalı əfsanəvi futbolçu Pelenin memorialı ziyarətçilərin üzünə açılıb.
Məqbərə üçqat dünya çempionunun dəfn olunduğu qəbiristanlıqda yaradılıb.
Memorialı həftəiçi saat 9:00-dan 12:00-a qədər və 14:00-dan 18:00-a qədər ziyarət etmək mümkündür. Giriş pulsuzdur, ziyarət tarixini “Ekumenika” nekropolunun saytında öncədən rezerv etmək tələb olunur.
Xatırladaq ki, Pele Edson Arantes du Nasimento ötən il dekabrın 29-da 82 yaşında vəfat edib. “Futbol kralı” uzun müddət daxili orqanların sıradan çıxmasına səbəb olan xərçənglə mübarizə aparıb.