Cənubi Sudanda hava limanında “Boeing 727” əvvəllər qəzaya uğrayan başqa bir təyyarə ilə toqquşub.
Bu barədə Malakal hava limanının baş direktoru Bol Lual xəbər verib.
Onun sözlərinə görə, təyyarə uçuş-enmə zolağından bir neçə metr aralıda yerə enib. Bundan sonra təkərləri partlayıb. Hadisə nəticəsində “Boeing” idarəetməni itirərək bir neçə ay əvvəl qəzaya uğrayan təyyarənin qalıqlarına çırpılıb.
Aeroport direktorunun sözlərinə görə, təyyarənin gövdəsi çatlayıb və təmiri mümkün deyil. “Boeing”də yeddi nəfər olub, onlardan biri yaralanıb.
1 şərh
Very interesting information!Perfect just what I was looking for!Raise your business