BMT baş katibi sionist rejimin yeni qəsəbəsalma layihəsinə etiraz olaraq rəsmi surətdə bu prosesin dayandırılmasını istəyərək baş verə biləcək mənfi nəticələrdən nigarançılığını elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, BMT sözçüsünün müavini Antonio Quttereşin İsrailin narahayedici layihələrinə etiraz edərək işğal olunmuş Fələstində yeni sionist qəsəbələrin salınma layihəsinə görə xəbərdarlıq edib.
BMT rəsmisi Fərhan Haqq bir bəyanatla çıxış edərək deyib: A.Quttereş sionist qəsəbələrinin genişləndirilməsini beynəlxalq hüquq pozuntusu olduğunu vurğulayıb və deyib ki, onlar iki dövlət arasında ədalətli, möhkəm və hərtərəfli sülhün bərqərarına mane olmamalı, gərginlik, kobudluq və qırğından çəkinməlidirlər.
Qeyd edək ki, fələstinlilər dəfələrlə bu kimi layihələrin İordan çayının qərb sahili ilə onun cənub bölgəsi arasında əlaqənin kəsilməsinə xidmət etdiyini və şərqi Qüdsü Fələstindən ayırmaq məqsədi güddüyünü deyirlər.
BMT-nin sionist rejimin qəsəbə inşası əməliyyatlarının dayandırılmalı olduğuna dair qətnamələrinə rəğmən bu rejim beynəlxalq qanunlara zidd olaraq öz hərəkətlərini davam etdirir.
