BMT-nin Suriya məsələləri üzrə müşaviri Dəməşqdə Əbu Məhəmməd Colani ilə görüşüb.
İRNA-nın məlumatına əsasən, Geir Pederson dünən gecə (15 dekabr) Təhrir Əş-Şamın başçısı və Suriya hakimiyyət administrasiyasının müxalif lideri Məhəmməd Colani ilə görüşdə ölkədə baş verən hadisələri müzakirə edib.
Məlumata görə Colani BMT TŞ-nnin 2254 saylı qətnaməsinə yenidən baxış keçirilməsi və bəzi dəyişikliklər edilməsini istəyib.
Colani həmçinin bu görüşdə Suriya suverenliyinin qorunması zərurətini qeyd edərək suriyalı qaçqınların öz yurdlarına qayıtması məsələsini vurğulayıb.
Həmçinin bu görüşdə Geir Pederson güclü bir ordu yaratmaq üçün Suriya hökumət qurumlarının yenidən qurulması və hakimiyyətin keçidi zamanı ehtiyatlı davranmağın vacibliyini vurğulayıb.