BMT baş katibi İslam Əməkdaşlıq Təşkilatı nümayəndələri ilə görüşdə dünyada müsəlmanlara qarşı kobudluq və islamofobiyanı pisləyərək müsəlman icması ilə həmrəy olduğunu elan edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Antoni Quttereş dünən (20 iyul) Nyu Yorkda BMT məkanında nümayəndələrlə görüşdən sonra mətbuat katibi bəyanatla çıxış edərək deyib: BMT İnsan Haqları Şurası qətnaməsinə əsasən təşkilat “Dinlərə qarşı nifrətlə mübarizə, ayrı-seçkilik, xüsumət və köbudluqlar”la mübarizə zəminində əlindən gələni edəcək.
Bəyanatda həmçinin deyilir: Baş katib dözümsüzlük, kobudluq və islamofob rəftarlar, aparteid və radikallıq dünyada gərginliyin artmasına səbəbdir.
Qeyd edək ki, dünən (20 iyul) Silvan Mumika İsveçdə bir daha polisin dəstəyi ilə Quran və İraq bayrağını yandırdıqdan sonra Bağdad Stokholmla diplomatik gərginlik yaşayıb.
