ABŞ dövlət katibi Vaşinqtonun hələ də Fələstinin sivil xalqını öldürmək üçün sionist rejim üçün yüklü miqdarda bomba gödərilib-göndərilməməsi barədə araşdırmaların davam etdiyindən xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Antoni Blinken bu gün (18 iyun) mətbuat konfransında deyib: Prezident Co Bayden Tel Əvivin özünü müdafiə etməsi üçün əlindən gələni əsirgəməyəcək və onlara lazım olan miqdarda bomba tədarükünü göndərəcək.
Blinken daha sonra deyib: Hal-hazırda Co Baydenin nəzərdə tutduğu 2000 pondluq bombaların göndərilib-göndərilməməsi barədə araşdırmalar davam edir. Bizim yeganə nigarançılığımız bu bombaların Rəfəh kimi çoxsakinli sivil cəmiyyətdə istifadə olunub-olunmayacağıdır.
Blinken konfransın sonunda Vaşinqotunun İsrail-Həmas arasında atəşkəz müzakirələrinin uçurumlarını azalmasını istədiyini, amma Həmasın tələblərinin yüksək həddə olduğunu da iddia edib.