ABŞ dövlət katibi sionist rejim baş nazirinin Vaşinqtonun təklif etdiyi Qəzzədə atəşkəs planını qəbule etdiyindən xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Tel Əvivdə səfərdə olan Antoni Blinken bu gün (11 iyun) deyib: Benyamin Netanyahu Amerikanın atəşkəs planı ilə razı olduğunu dedi.
Blinken həmçinin Həmasın da BMT TŞ-nin qətnamə layihəsinə müsbət yanaşmasını “ümid əlaməti” adlandıraraq deyib: Qəzzə müharibəsi nə qədər uzanarsa, bunun digər bölgələrə də yayılma ehtimalı güclü olar.
ABŞ dövlət katibi prezident Co Baydenin İsrailə təqdim etdiyi Qəzzə atəşkəsi planının ən yaxşı plan olduğunu da vurğulayıb.
1 şərh
토토사이트 카지노사이트 먹튀 피해 예방 [먹튀검증]으로 안전하고 신뢰할 수 있는 온라인 베팅 환경을 경험하세요.