ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Qin Qang ilə konstruktiv və səmimi danışıqlar apardığını deyib.
Təsnim İnformasiya Agentliyinin ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada əsasən verdiyi məlumata görə Entoni Blinken iyunun 18-də Pekində baş tutan görüşün nəticələrini belə açıqlayıb: Bu gün Çinin xarici işlər naziri Qin Qanq ilə səmimi, mənalı və konstruktiv danışıqlar apardıq.
Blinken daha sonra deyib: Tayvan məsələsi Çin və Amerikanın ən önəmli məsələlərindəndir.
Blinken jurnalistlərə deyib ki, o, Sincan, Tibet və Honq-Konqda insanlara qarşı rəftarla bağlı beynəlxalq narahatlıqlar da daxil olmaqla, insan haqları məsələlərini də gündəmə gətirib.
Blinken həmçinin bildirib ki, Birləşmiş Ştatlar Çinlə qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, bunlara iqlim dəyişikliyi, makroiqtisadi sabitlik, ictimai sağlamlıq, ərzaq təhlükəsizliyi və narkotiklərlə mübarizə daxildir.
Bildirilir ki, iki ölkə arasında ümumi beynəlxalq problemlər üzrə əməkdaşlıq müzakirə olunub. Blinken həmkarını Vaşinqtona cavab səfərinə də dəvət edib.
