Alimlər nəfəs alan bitkinin tük ürpədən videosunu yayımlayıblar. Görüntülər ilk baxışdan “Kiçik Qorxu Dükanı “(Little Shop of Horrors”) dəhşət – komediya filmindən olan kadrlara bənzəsə də, bu, mahiyyət etibarı ilə bitkinin karbon qazı və rütubət səviyyələrindəki dəyişikliklərə reaksiyasıdır.
Makro kadrları qeydə alan San Dieqo Kaliforniya Universitetinin tədqiqatçıları hesab edir ki, bitkilərin oksigen və rütubət səviyyələrindəki dəyişikliklərə “ağızları” ilə necə siqnal verdiyini görmək iqlim dəyişikliyinə daha davamlı olan məhsullar yetişdirməyə imkan verəcək.
“Kiçik Qorxu Dükanı” (1986) filmindən kadr