Idarəsi üçün pilot lisenziyası tələb olunmayan birnəfərlik “Helix” elektrik təyyarələrinin satışına başlanılıb. Onunla ancaq aeroportlardan kənarda uçuşlara icazə verilir.
Məlumata görə, elektrik təyyarə şaquli olaraq qalxır və enir, sürəti 100 km/saata qədər çatır və bir dəfə doldurulmaqla 32 kilometrə qədər uça bilir.
O da vurğulanıb ki, “Helix”in qiyməti 190 min dollardan (323 min manat) başlayır.