İslam İnqilabı Rəhbəri bu gün (18 fevral) Məbəs bayramı münasibəti ilə islam ölkələrinin nümayəndə və səfirləri ilə görüşdə Türkiyə və Suriyada baş vermiş zəlzələnin bütün müsəlmanların dərdi olduğunu vurğulayıblar.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Həzrət Ayətullah Xamenei çox təəssüflə buyurublar: Fələstin xalqına kömək borcu olan müsəlman ölkələr belə düşmənlərlə əməkdaşlıq edirlər.
Aliməqam Rəhbər həmçinin vurğulayıblar: Öz problemlərini həll etməkdə aciz olan bəzi ölkələr müsəlmanların problemlərindən sui-istifadə edərək özlərinə islam dünyasının daxili işlərini qarışmaq haqqını qazandırırlar.
Ayətullah Xamenei daha sonra buyurblar: İran Fələstin xalqına hərtərəfli dəstəyini açıq-aşkar davam etdirəcək. Amerikanın hər işə müdaxiləsi və Fələstin dərdi kimi əhəmiyyətli məsələlər islam ümmətinin gündəmində olmalıdır.