Qafqaztimes xəbər verir ki, “İndi, Ərəb Dünyasında Demokratiya” (DAWN) adlı insan haqları təşkilatının rəhbəri Abdullah əl-Ovdə öz twitter səhifəsində yazıb ki, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman və kral məhkəməsinin keçmiş sədri, bin Salmanın yaxın adamlarından olan Səud əl-Qahtani işlətdikləri cinayətlərə görə ədalət məhkəməsinə çıxarılmalıdırlar.”
O, bu tviti 10 sentyabr 2017-ci ildə Qətərin mühasirəsini tənqid etdiyinə görə həbsə düşən və Qətər böhranının bitməsinə baxmayaraq hələ də azad edilməyən ixvançı din xadimi, atası Salman əl-Ovdənin həbs edilməsinin ildönümündə yazıb.
Abdullah əl-Ovdə belə əlavə edib: “Səud əl-Qahtani, Məhəmməd bin Salmanın bütün əmrlərinə tabe idi və onun əmri ilə daxildə və xaricdə cinayətlər törədirdi. Məhəmməd bin Salmanı tanımaq istəyirsinizsə Səud əl-Qahtaninin törətdiyi qətllərə, işgəncələrə və repressiyalara baxın.”
Bu Səudiyyə hüquq müdafiəçisi həmçinin yazıb: “Əl-Qəhtani və rəisi səudiyyə müsəlman fəallarına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalı və mühakimə olunmalıdırlar.”