Rusiyanın Sankt-Peterburq şəhərində “Betmen” geyimində olan kişi gənc qadının qarət olunmasının qarşısını alıb. Sosial şəbəkələrdə bunun görüntüləri yayılıb.
Məlumata görə, gözəllik salonu açmaq istəyən qız hadisədən 20 dəqiqə əvvəl bankdan 700 min rubl (16,5 min manat) götürüb.
Avtobus dayanacağında bir nəfər onun çantasını qaçırmağa cəhd edib. Ancaq yaxınlıqdakı sərgidə işləyən “Leqo Betmen” kostyumunda olan Roman adlı şəxs onun qarşısını alıb.