Sionist rejimin keçmiş müharibə naziri İsrailin ən çətin müharibə dövründə olduğunu etiraf edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Beni Qants dünən (5 yanvar) Kan televiziyasına verdiyi müsahibədə deyib: Biz bir neçə cəbhədə müharibə etdiyimiz üçün vəhdətimizi qorumaq məcburiyyətindəyik.
Qants daha sonra deyib: 7 oktyabr faciəsindən sonra ordunun müştərək qərargah rəisinin məsuliyyətli davranması və vahid bir qrup təşkil etməsi daha yaxşı olardı. Çünki müharibənin davam etməsi üçün ibrət dərsi götürmək bir vəzifə hesab olunur.
Qants baş nazir benyamin Netanyahu kabinetinin nazirlərinin Əl Əqsa Tufanı əməliyyatının cavablandırılmasında nakam araşdırmalarına tənqidlə yanaşaraq deyib: NK-da ordu qərargah rəisinə hücum etmək siyasi məqsədlərlə həyata keçib.
Qants NK-da ötən gecə mövcud ixtilafların pik həddinə çatmasına münasibət bildirərək deyib: Mən kabinetin əksər iclaslarında iştirak edirəm. Amma belə halların baş verməməsi daha yaxşı olardı.
Dünənki hadisə İsrailin gələcəyinə mənfi təsir edəcəyindən əminliyini bildirən Qant vurğulayıb: Netanyahu İsrailin təhlükəsizliyi və vəhdəti üçün bir siyasət seçməlidir. Çünki bizim müharibəni davam etdirmək üçün bundan başqa çıxış yolumuz yoxdur.