Sionist rejimin radikal ekstremist naziri qəsəbə sakinlərinin rifahının fələstinlilərin azadlığından üstün olduğu iddiası ilə İordan çayı qərb sahilində daimi post-keçid məntəqələrinin yaradılmasını istəyib.
Əl Aləm telekanalının məlumatına əsasən, milli təhlükəsizlik naziri İtmar Ben Qvir birlikdə bu gün (12 dekabr) X sosial media hesabında baş nazir Benyamin Netanyahuya müraciət edərək yazıb: İordan çayı qərb sahili ərazisində yerləşən Yəhuda və Əl Samira qəsəbələri yaxınlığında fələstinlilərə məhdudiyyət qoymaq və qəsəbə sakinlərinin təhlükəsizliyini təmin etmək üçün daimi post-keçid məntəqələri yaratmaq lazımdır.
Ben Qvir əlavə edib: İsrail vətəndaşlarının həyatı fələstinlilərin azadlığından önəmlidir.
İsrailin maliyyə naziri Bezazel Smotriç də bir neçə gün əvvəl İordan çayı qərb sahilinin 60% ərazisinin İsrail hakimiyyəti altına keçməsi zəminində inkişafdan xəbər vermişdi.