Belnəlxalq Cinayət Məhkəməsi İsrail rəmiləri barədə verdiyi həbs orderinin icrası üçün bütün əlaqələrindən istifadə etdiyini elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, BCM sözçüsü Fadi Abdullah bu gün (14 dekabr) deyib: Məhkəmə Benyamin Netanyahu və Yoav Qallantın Qəzzədə fələstinlilər əleyhinə törətdikləri cinayətlərə görə həbs orderi verib. BCM beynəlxalq sistemdə bütün ölkələrlə bütün əlaqələrindən istifadə edərək onların həbsinin icrasına çalışır. Bu məhkəmənin qərarı bir növ bütün ölkələrin beynəlxalq Roma Əsasnaməsinə necə sadiq qaldıqlarını göstərəcək. Çünki ölkələr bu nizamnaməni qəbul etdiklərinə dair imza verib.
Fadi Abdullah əlavə edib: Roma Əsasnaməsini imzalayan ölkələr BCM-nin veridyi orderi icra etməli, bizimlə əməkdaşlıqda sahib olduqları vəzifəyə görə əməl etməlidirlər. Amma BCM-nin verdiyi qərara etiraz olarsa, yenə də bunu bizimlə bölüşmək məcburiyyətindədirlər.
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi (ing. Rome Statute of the International Criminal Court) — 15 iyun 1998 – 17 iyul 1998 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur. Beynəlxalq müqavilələrə tez-tez status deyilir və bu sənəd gündəlik istifadədə Roma Əsasnaməsi adlanır. Sazişin qəbuluna 160 səs verilmişdi; 120 lehinə, 21 bitərəf, 7 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edilmişdir.
Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və . Bu cinayətlərə heç bir tətbiq olunmur. Roma Statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsi, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə yalnız dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər; məhkəmənin yurisdiksiyası yerli məhkəmələrin səlahiyyətləri ilə ziddyyət təşkil etmir. Məhkəmə yalnız cinayətlərin hər hansı iştirakçı dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədildiyi təqdirdə səlahiyyətlərə malikdir; İstisna olaraq, BCM-nin yurisdiksiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən icazə verildiyi təqdirdə, bəzi beynəlxalq cinayətlərə də aid ola bilir.