Bu barədə əhali arasında sorğu keçirilib. “Wall Street” jurnalının avqustun 24-dən 30-na qədər keçirdiyi sorğuya əsasən, respondentlərin 73 faizi 80 yaşlı Baydenin daha dörd il prezident olmaq üçün çox “qoca” olduğunu düşünür.
Onların fikrincə, Bayden dəfələrlə yaşına görə problemlər yaşayıb və onun vəzifəsindən imtina etmək zamanıdır. Amma Bayden bu fikirlə heç razı deyil. O deyib ki, insan qocaldıqca daha da ağıllanır.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Əsas namizədlər Respublikaçı D.Trampla hazırki dövlət başçısı Cozef Baydendir. Birləşmiş Ştatların Konstitusiyasına əsasən, 35 yaşdan yuxarı, ABŞ-da anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış vətəndaşlar prezidentliyə namizədliyini irəli sürə bilər.