Amerikanın 80 yaşlı prezidenti dünən (1 iyun) Klorado ştatında Hərbi hava akademiyasının məzuniyyət tədbirindəki çıxışından sonra ayağı büdrədikdən sonra müvazinətini itirərək yerə yıxılıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Co Bayden yıxıldıqdan sonra mühafizə qüvvələri onu dərhal yerdən qaldırıb.
80 yaşlı Co Bayden Amerikanın ən qoca prezidenti olmasına baxmayaraq, gələn seçkilərdə də iştirak etməyə çalışır.
Bildirilir ki, dövlət başçısı öz yerinə qayıdarkən ayağı qum torbasına ilişib.
Qeyd edək ki, bu, ABŞ liderinin ilk yıxılması deyil, bundan öncə də bir neçə dəfə o gözlənilməz situasiya ilə qarşılaşıb. ABŞ prezidenti velosiped sürərkən və ya təyyarəyə qalxarkən ara-sıra yıxılması ilə tanınır.
