ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenskiyə silah tədarükü ilə bağlı verdiyi vədi unudub.
Bayden Nazirlər Kabinetinin üzvləri ilə görüşdə uzun müddət Vaşinqtonun Kiyevə məhz hansı silahları göndərməyi öhdəsinə götürdüyünü xatırlaya bilməyib.
“Almaniya həmçinin elan etdi ki, bu gün ukraynalıları… hava hücumlarına qarşı mübarizə üçün… “Patriot” sistemləri ilə təmin edəcək”, – deyə o, fikrini fasilələrlə düşünərək ifadə edib.
Görüş Ağ Evin “YouTube” kanalında yayımlanıb.
Görüş zamanı Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Ukraynada “Patriot” sistemlərinin effektivliyi artıq hiss olunur.